RU

Donald Tramp Ukraynaya verilən uzaqmənzilli raketlərlə bağlı Co Baydenin qərarını ləğv edəcək

ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp Ukraynanın Rusiya Federasiyasının dərinliklərinə uzaqmənzilli raket zərbələri endirməsi ilə “qətiyyətlə razılaşmır”.

Siyasətçi bu barədə Amerikanın “Time” jurnalına dekabrın 12-də çıxan müsahibəsində danışıb. Trampın sözlərinə görə, bu cür hərəkətlər yalnız “müharibənin şiddətini artırır və gücləndirir”.

Eyni zamanda, o, razılığa gəlməyə çalışdığını və müharibəni dayandırmaq üçün danışıqlar zamanı Ukraynaya dəstəyi “Rusiyaya qarşı təsir rıçaqları kimi” istifadə edəcəyini qeyd edib. Tramp həmçinin Yaxın Şərqdəki döyüşləri Ukraynadakı müharibədən daha asan problem adlandırıb.

//Samir Qurbanov, Editor.az

Избранный
17
19
editor.az

10Источники