RU

Putin Orbanın atəşkəs təklifini nəzərdən keçirdi

Rusiya prezidenti Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbanın Milad günü Ukrayna ilə atəşkəs elan edilməsi və əsir mübadiləsi təklifinə baxıb.

Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bu barədə Macarıstan hökuməti başçısının aparatının rəhbəri Qergeli Qulyas bildirib.

O xatırladıb ki, Orban Ukrayna münaqişəsi zonasında Milad atəşi rejiminin yaradılmasını və tərəflər arasında əsir mübadiləsinin aparılmasını təklif edib. Quyas qeyd edib ki, Macarıstanın baş naziri ilə telefon danışığı zamanı Rusiya prezidenti bu variantı nə qəbul edib, nə də rədd edib, sadəcə təklifi nəzərdən keçirib.

"Məqsədimiz Milad bayramının hərbi əməliyyatlarla pozulmamasını təmin etmək idi" - aparat rəhbəri deyib.
Избранный
17
5
sherg.az

6Источники