RU

Şam yeməyini gec yemək yaşlanmağı sürətləndirir

ABŞ alimləri müəyyən ediblər ki, şam yeməyini gec yemək vərdişi dərinin ultrabənövşəyi radiasiyaya qarşı təbii qorunmasının azalmasına və nəticədə qocalmanın sürətlənməsinə gətirib çıxarır.

News24.az “Daily”ə istinadən xəbər verir ki, bu barədə Cell Reports jurnalı yazır.  

Düzgün pəhrizə riayət etmək bədənin bioloji saatını sinxronlaşdırmağa kömək edir. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, yatmağınız lazım olan vaxtda yemək yemək daha şiddətli UV yanıqlarına səbəb olur. Söhbət günəş yanığından sonra dəri hüceyrələrinin bərpasında iştirak edən XPA zülalından gedir.

Mütəxəssislər qeyd ediblər ki, günəş aktivliyi artmaqdadır və melanoma halları daha çox olur. Buna görə də, yalnız sağlam qidaları deyil, həm də doğru zamanda yemək lazımdır və gec qəlyanaltılardan qaçınmaq lazımdır.\\Medianews.az


Избранный
16
1
news24.az

2Источники