RU

Partiya sədri: Öcalanı çıxartsalar, öldürəcəyəm - VİDEO

Milliyyətçi Hərəkət Partiyasının (MHP) lideri Dövlət Baxçalının səsləndirdiyi "Öcalan gəlsin, Məclisdə terror təşkilatının ləğv edildiyini bəyan etsin" təklifi hələ də Türkiyə siyasi gündəminin əsas müzakirə mövzularından biridir.

Bu açıqlama müxtəlif siyasi dairələrdə fərqli reaksiyalar doğurub.

Musavat.com xəbər verir ki, xüsusilə Milliyyətçi Türkiyə Partiyası (MTP) başqanı Ahmet Yılmaz mətbuata verdiyi bəyanatda MHP sədrinin bu fikirlərinə qarşı çıxıb. O, Abdullah Öcalanla bağlı sərt ifadələr işlədib.

Ahmet Yılmaz deyib: "Açıq deyirəm, Öcalanı çıxartsalar, öldürəcəyəm".

Bu açıqlama, həm siyasi dairələrdə, həm də ictimaiyyətdə ciddi əks-səda doğurub. 

 

Musavat.com

 

Избранный
49
musavat.com

1Источники