RU

Maksimum fayda üçün düzgün omeqa-3-ü necə seçmək olar?

Omeqa-3 doymamış yağ turşuları insan sağlamlığı üçün vacibdir. Bütün həkimlər bu fikirlə razılaşırlar. Pəhriz əlavəsi seçərkən nələrə diqqət etməli olduğunuzu "Rossiya" telekanalında yayımlanan "Ən vacibi haqqında" verilişində rusiyalı gerontoloq Svetlana Trofimova izah edib.

Omeqa-3 yağ turşularının uzunmüddətli qəbulu Alzheimer xəstəliyi, demans və koqnitiv pozğunluqların inkişaf riskini azalda bilər. Omeqa-3 həm də bədəndəki iltihabi prosesləri azaldır, görmə qabiliyyətini qorumağa kömək edir və kollagen sintezi prosesində iştirak edir - bütün bunlar bu turşuların müsbət təsirlərinin yalnız kiçik bir hissəsidir.

"Doğru omeqa-3 əlavəsini seçmək üçün ilk növbədə düzgün dozaya diqqət yetirməlisiniz, yalnız balıq yağı deyil, xüsusilə də omeqa-3 miqdarına baxmaq lazımdır", - gerontoloq Svetlana Trofimova bildirib.

Paketdə 1000 milliqram balıq yağı ola bilər, ancaq omeqa-3 yalnız 300 milliqram ola bilər. Omeqa-3 üçün gündəlik tələbatın 950 milliqram olduğunu bilmək vacibdir. Bundan əlavə, dokosaheksaenoik turşunun (DHA) və eikosapenik turşunun (EPA) dozasının qablaşdırmada göstərilməsi çox vacibdir.

Bundan əlavə, mütəxəssis qeyd edib ki,pəhriz əlavəsində yağ turşularının mənbəyi də əhəmiyyət kəsb edir.

“İdeal olaraq yırtıcı balıqlar, dəniz balıqları və xırda balıqlardan istifadə edilməlidir: sardina, hamsi, skumbriya və s. Dəniz balıqlarından alınan omeqa-3 turşuları ən faydalıdır.

Nubar Süleymanova, “İki sahil”

Избранный
51
ikisahil.az

1Источники