RU

“Bestvest” şirkəti “Səba”nı məhkəməyə verdi

Toyuq əti, müxtəlif çeşiddə süd, kərə yağı, sosiska və kolbasa məhsullarının istehsalı və satışı ilə məşğul olan “Səba” şirkəti məhkəməyə verilib.

Hurriyyet.az xəbər verir ki, “Səba” ilə bağlı iddianı “Bestvest” MMC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. Tərəflər arasında alqı-satqı müqaviləsi üzrə mübahisə yaşanır. “Səba” şərtlərə əməl etmədiyi üçün məhkəməyə verilib.

İşə Sumqayıt Kommersiya Məhkəməsində baxılır. Növbəti ilin 8 yanvar tarixində hakim Həlimə Alıyevanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, məhkəməyə verilən “Səba” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynovdur.

Tərəfləri dinləməyə hazırıq./Tribunainfo.az/

Избранный
13
1
hurriyyet.az

2Источники