RU

“Nə qədər yaşayıramsa Elməddinə təşəkkür edəcəm, mən də, qızım da sayəsində parladıq”

“Aktyor üçün sadəlikdən gözəl heç nə ola bilməz. Bəziləri bir rol oynayan kimi deyir ki, məndən yoxdur, bir dənəyəm. Özləri haqqında yüksək fikirdə olurlar. Biz kimik ki? Bizə qoy tamaşaçılar qiymət versin, sevgi göstərsinlər. Bu dünyadan heç nə aparmayacağıq. Yadda qalmaq, sevilmək hər kəsə nəsib olmur. Bu əgər mənə nəsib olubsa bunun özü də şərəfdir, fəxarətdir”
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova deyib. O daha sonra əlavə edib:
 
“Aktyorlarımız var ki, vaxtilə çəkilmədilər, sonra gec oldu. Çəkilmədilər deyəndə onları çəkmədilər. Zərin qədrini zamanında bilmək lazımdır. Sonra gec olur. Mən bilirsiniz nədən narazıyam? İnsanları yersiz yerə güldüməyə ehtiyac yoxdur. İnsanların diqqətini cəlb etmək lazımdır. Hər nəyinsə xatirinə söz deyib, haha-hihi gülmək olmaz. Sevə-sevə baxmaq lazımdır o aktyora. Mən nə qədər yaşayıram, nə qədər ki, sağam Elməddin Cəfərova təşəkkürümü bildirəcəm. Niyə? Mən ondan çox razıyam. O görün nə qədər gənclərə qucaq açıb, onları tanıdır. Onun seriallarında oynayan atrisa lazımı qədər tanınır. Mənim özüm də, qızım da onun sayəsində parladıq” deyə xalq artisti bildirib.
 
 
Xalq artisti teatra bağlı olduğunu bildirib:
 
“Teatr biz sənətkarların evidir. Quşu yuvadan çıxarıb atsan o dərd çəkər. Həmçinin də biz aktyorlar teatrsız qalsaq fikir edərik. Teatr və səhnə bizim yurd-yuvamızdır. Biz səhnəsiz yaşaya bilmərik. Görün nə qədər görkəmli sənətkarlarımız səhnədə canlarını tapşırıblar. Səhnədə ölmək də hamıya qismət olmur. Təki elə səhnədə dünyamızı dəyişək” deyə aktrisa bildirib.
Избранный
50
moderator.az

1Источники