RU

"Qarabağ"a qol vuran 21 yaşlı Ahmed nə dedi?

style='margin-bottom:10px;'>

UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda "Qarabağ"a qalib gələn (1:0) "Elfborq"un yeganə qolunu 21 yaşlı Ahmed Qasem vurub.

QOL.az xəbər verir ki, İraq əsilli futbolçu oyundan sonra İsveç mətbuatına açıqlama verib.

Həmçinin oxuyun: "Burdakı soyuq hava "Qarabağ"a xoş olmaya bilər" - "Elfsborq"un futbolçusu

Boyu bəstə olmasına baxmayaraq, futbolçu künc zərbəsindən ötürülən topu başı ilə qapıdan keçirməsi ilə bağlı bildirib: "Bu, çox vacib oyun idi. Hiss edirdim ki, bu gecə nəsə edəcəm. Bir az tez tərpəndim və yəqin ki, rəqib müdafiəçisi düşündü ki, bu oğlan nə edir? Sonra "Besse" (ötürməni edən Besfort Zeneli - red.) mükəmməl ötürmə etdi. Sadəcə topu başla içəri salmaq lazım idi ki, bunu da mən etdim".

Xatırladaq ki, "Elfsborq" "Qarabağ"a qalib gəlməklə 24-cü pilləyə yüksəlib. Komanda ən azı bu mövqeyini qoruya bilsə, növbəti mərhələyə yüksəlmək uğrunda plel-off oynayacaq.

Избранный
12
1
teleqraf.com

3Источники