RU

Əhalini sevindirəcək xəbər - Bu halda avtobuslarda gediş haqqı azaldıla bilər

Xəbər verdiyimiz kimi Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətində ƏDV-dən azad ediləcək.

Milli.Az-a açıqlama verən Fərid Əliyevin sözlərinə görə, bu həm dövlət, həm sərnişinlər həm də nəqliyyat şirkətləri üçün faydalı bir təşəbbüsdür.

"Dövlətimizin əhalini düşünərək verdiyi bu qərarın həm iqtisadi, həm də sosial sahələrə bir çox müsbət təsirləri olacaq. Ehtiyyat hissələrinin ucuzlaşması, avtobus parklarının daha tez-tez, sərfəli şəkildə yenilənməsinə və daha keyfiyyətli ictimai nəqliyyatın formalaşmasına səbəb olacaq. Vergidən azad edilmə avtobusların təmir və texniki xidmət xərclərinin azalması səbəbi ilə daha sərfəli şəkildə fəaliyyət göstərməyə və sərnişindaşıma tariflərinin stabilləşməsinə imkan yardacaq. Avtobus parklarının vaxtında təmir olunması və yüksək texnoloji hissələrdən istifadəsi atmosferə zərərli qaz tullantılarını azaldaraq, daha ekoloji nəqliyyat sisteminə keçidi sürətləndirəcək. Bu qərar regionlarda da ehtiyyat hissələrinin əldə olunmasını asanlaşdıracaq. Bu da regionlarda ictimai nəqliyyatın keyfiyyətinin yüksəlməsinə və xidmət şəbəkəsinin genişlənməsinə gətirib çıxaracaq. Bütün bu sadaladıqlarımızın tamamında sərnişindaşıma xidmətlərinin qiymətlərinin sabitliyinə və ya aşağı salınmasına gətirib çıxaracaq. Bu da əhalinin rifahına müsbət təsir edəcək. Bir sözlə ehtiyyat hissələrinin idxalının vergidən azad edilməsi ölkədə nəqliyyat sektorunun inkişafına, iqtisadi baxımdan xərclərin azalmasına və həmçinin ekoloji baxımdan müsbət təsirlərə səbəb olacaq. Bu həm dövlət, həm sərnişinlər həm də nəqliyyat şirkətləri üçün faydalı bir təşəbbüsdür", deyə o qeyd edib.

Xəyal Abdullayev
Milli.Az

Избранный
5
45
milli.az

10Источники