RU

ÖLKƏNİ SİLKƏLƏYƏN SAXTA PLASTİK CƏRRAHLAR: onlara "yol" necə açılıb, yaxud saxta sənədlər necə əldə olunur? (ARAŞDIRMA)

Azərbaycanda estetik cərrahiyyə və kosmetologiya sahəsində sirli düyünlər 2024-cü ildə açılmağa başladı.

Aydın oldu ki, bu sferada fəaliyyət göstərənlərin bir çoxunun müvafiq təhsili və icazəsi yoxdur, bir çox estetik cərrahların sertifikatları ya saxtadır, ya da hansısa qaranlıq yolla əldə edilib.

Maraqlıdır, bu sahədə qanunsuzluğun baş alıb getməsinin səbəbləri nədir?

İxtisasını dəyişib sonradan plastik cərraha çevrilən həkimlərin əlində bayraq etdikləri kurslar, sertifikatların hüquqi qüvvəsi varmı, onlar hansı əsaslarla verilir?

Mia.az-ın məlumatına görə, Medicina.az bu və digər suallarla bağlı araşdırma aparıb, bu sahəyə cavabdeh olan qurumlardan mövzu ilə bağlı açıqlamalar alıb.

Türkiyədə uzmanlıq, bəs bizdə?

Bakupost.az

Kimlər plastik cərrah ola bilər?

Bakupost.az

"Bunlar terapevtlər, cərrahlar və ginekoloqlar idi. Cərrahlar 1 illik internatura keçirdilər. Bundan sonra müəyyən cərrahi ixtisaslar üzrə bölünürdülər. O dövrdə plastik cərrahiyyə yox idi. Ona görə də o tələbələr uroloq cərrah, ümumi cərrah, LOR cərrah olurdular.

Azərbaycan müstəqillik qazandıqdan sonra, 2000-ci ilə kimi məhz bu cərrahlar Həkimləri Təkmilləşdirmə İnstitutunda 3-6 aylıq kurs keçib, ixtisasını artırıb, plastik əməliyyat edə bilirdilər. Ona görə bir çox yaşlı cərrahlar var ki, onların belə bir sənədi, icazəsi var. Onların işləmələri qanunidir. 2011-ci ildən artıq qanun dəyişdi, plastik cərrahiyyə üzrə rezidentura təhsili yaradıldı".

Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 18 mart 2010-cu ildə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edib (https://e-qanun.az/framework/19507). Bundan sonra hansısa həkimin kurs bitirməklə plastik cərrah olmasına rəsmən qadağa qoyulub.

Plastik cərrah olmağın qanuni yolları

Akif Əfəndiyev müxtəlif peşə sahiblərinin kosmetoloq həkim kimi fəaliyyət göstərməsi, insan bədəninə müdaxiləsini də qanunsuz hesab edir:

Səhiyyə Nazirliyi saxta cərrahlarla mübarizə apara bilərmi?

Mərkəzdən sorğumuza cavab olaraq bildirdilər ki, Azərbaycanda və ya xaricdə tibb üzrə təhsil almış həkimlərin ixtisas dəyişməsi, lisenziyası və sertifikatı Analitik Mərkəz tərəfindən verilmir:

Bakupost.az

Yüzlərlə şikayət qarşılığında cəmi 22 cərimə

"2024-cü il üçün ümumi statistika isə yalnız il bitəndən sonra hesablanır və o zaman təqdim edilə bilər. Ümumiyyətlə, özəl tibb müəssisələrində və aptek təşkilatlarında baş verən qanun pozuntularına rast gəldikdə vətəndaşlar AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının" Müraciət" bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.

Saxta həkimləri özəl klinikalar yetişdirir

Bakupost.az

- Tibb Universitetinə daxil olmaq, bitirmək hələ həkim, xüsusən yaxşı həkim olmaq demək deyil

- Rezidenturasız ixtisaslı həkim və ya cərrah olmaq mümkün deyil

- Hər rezidenturanı bitirən plastik cərrah ola bilməz

- Həkimlər 5 il rezidenturada oxumağın dərdindən qısa yollar axtarır və tapır...

- Gündə bir qadını plastik əməliyyat etmək və ya bir burun əməliyyat etmək 1 il terapevt və ya nevroloq işləməkdən daha gəlirlidir.

- Azərbaycanda uzman olmaq üçün 4-5 il rezidenturada oxumaq lazımdır

- Bu sahəni xaosa çevirənlər özəl klinikalardır, çünki məhz özəl klinikalara lisenziyalar verildikcə saxta cərrahların sayı artır.

Избранный
52
3
mia.az

4Источники