RU

Əziz Orucovun qaçaqmalçılıq ittihamı ləğv olundu

"Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucova qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı ləğv olunub. Bu barədə onun vəkili Bəhruz Bayramov anews.az-a açıqlamasında bildirib.

Vəkilin sözlərinə görə, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə elan olunan ittihama xitam verilib.

Onun üzərində yalnız 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ittihamı saxlanılıb. Həmin maddənin sanksiyasında 3 ilə kimi həbs və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.

Əzizovun ağır ittihamı götürüldüyü üçün onun işi Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib.
 
Aytac Zeynalova

www.anews.az
Избранный
18
15
anews.az

10Источники