Rusiya Prezidenti Vladimir Putin bu gün Moskvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırmır.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
Xatırladaq ki, Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının bu gün keçiriləcək iclasında iştirak etmək üçün Moskvaya səfər edib. Sözügedən şura Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın Nazirlər Kabinetinin rəhbərlərindən ibarətdir.