RU

İlkin hərbi qeydiyyata alınma müddətləri dəyişir

15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının yaşayış və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınma müddətləri dəyişir.

Tribunainfo.az  xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda qanuna əsasən, həmin şəxslər yanvar-mart ayları ərzində qeydiyyata alınır.

Dəyişikliyə əsasən, qeydiyyat yanvar-may aylarında aparılacaq.

Избранный
12
8
tribunainfo.az

10Источники