RU

Ləğvetmə prosesində olan bankın əmlakı - HƏRRACDA SATILIR - QİYMƏT

02 dekabr  2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə hərrac keçiriləcək.

"Aqrarkredit" BOKT-un əmlakları - HƏRRACA ÇIXARILDI - QİYMƏTLƏR - SİYAHI

FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  "MuğanBank" ASC-nin balansındakı daşınmaz əmlakı çıxarılacaq. Qeyd edək ki, sözügedən əmlak 4-cü dəfə dəfə təkrar açıq hərraca çıxarılacaqdır.

Daşınmaz əmlak Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 31 ünvanında yerləşən ümumi sahəsi 99.1 kv.m olan qeyri-yaşayış sahəsidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 850 000 manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67

Избранный
21
fed.az

1Источники