RU

Limon qabığı insan orqanizmini bir çox xəstəlikdən qoruyur

Limon qabığının elə limonun özü qədər insan orqanizminə faydası var. Tədqiqatlar göstərir ki, limonun suyu kimi qabığı da antioksidantla zəngindir. Limon qabığındakı polifenollar, vitaminlər, minerallar, lif, karotenoidlər və efir yağları insan orqanizmini bir çox xəstəlikdən qoruyur. Limon suyu qan təzyiqini aşağı saldığı üçün təzyiqi aşağı olan və ya təzyiq dərmanı istifadə edən insanlar həkimə müraciət etmədən ondan istifadə etməməlidir.

 News24.az xəbər verir ki, tibbi saytlara istinadla bildirir ki, limon qabığının tərkibindəki pektin, efir yağları səbəbindən ümumi xolesterol səviyyəsini, trigliserid səviyyəsini və qaraciyər yağlarını azaldır. Limon qabığı C vitamini ilə zəngindir, diş əti xəstəliklərinin qarşısını alır. Limon və onun qabığındakı C vitamini səbəbindən dəridə qaşınma əmələ gəlmir. Limon qabığının tərkibindəki pəhriz lifi bağırsaq funksiyasını və bağırsaq sağlamlığını qoruyur. Eyni zamanda limon qabığının tərkibindəki pektin qəbizliyin qarşısını alır. Qabıqda olan hesperidin laxtalanma riskini azaldır, yüksək C vitamini koronar arteriya xəstəliyinin qarşısını alır.


Избранный
28
news24.az

1Источники