RU

Tədiyyə balansında 181 milyonluq profisit - Bu nəyə xeyirdir?

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi profisiti 181,6 milyon ABŞ dolları təşkil edib.

Bu isə  ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 dəfə azdır.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 milyard 952,9 milyon ABŞ dolları profisit (1 il əvvələ nisbətən 40,8 % az), maliyyə hesabındakı 3 milyard 570,5 milyon ABŞ dolları kəsir (1 il bundan əvvəl profisit olub) və balanslaşdırıcı maddələr üzrə 200,8 milyon ABŞ dolları kəsir (1 il bundan əvvəl profisit olub) hesabına formalaşıb.

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, tədiyyə balansında profisitin azalması müsbət hal deyil, amma yenə də göstəricilərimiz yaxşıdır: 

“Tədiyyə balansı dedikdə ölkədən çıxan və ölkəyə daxil olan valyutanın həcmi nəzərdə tutulur. Bu, ticarət dövriyyəsi hesab olunur. Tədiyyə balansı müsbət olanda iqtisadiyyatın, manatın məzənnəsinin xeyrinədir, makro iqtisadi göstəricilərimizə xeyirdir. Mənfi olanda isə artıq iqtisadiyyatda yüklülük yaranır.  Ona görə də  profisit olmağı yaxşıdır. Amma profisitin səviyyəsinin azalması isə yaxşı deyil”. 
Fuad İbrahimov deyir ki,  iqtisadiyyatımız hazırda neft amilindən asılıdır:

“Dünya bazarında neftin qiyməti enir, eyni zamanda da hasilatımız azalır. Aydın məsələdir ki, bu profisit azala-azala gedir. Biz sürətlişəkildə  qeyri-neft sektorunun inkişafını təmin etməliyik. Neftin hasilatı azalsa da, qazın hasilatı, ixracı çoxalır. Lakin qaz nefti əvəz eləmir. Bundan başqa bizim xərclərimiz də çoxalır. Elə məhsullar var ki, onların idxalını artırmışıq. Bundan başqa Qarabağda da  quruculuq işləri həyata keçiririk”. 

“Tədiyyə balansına yığılan vəsaiti iqtisadiyyata xərcləmək olarmı?” sualına cavab olaraq iqtisadçı bildirib ki, tədiyyə balansında yığıln vəsait bir mənbədən daxil olmur:

“ Burda söhbət bütün mənbələrin həcmindən gedir. Neftdən, kənd təsərrüfatından, turizmdən, səhiyyədən vəsaitlər daxil olur. Bu ümumilikdə respublika üzrə statistik məlumatdır. Elə sahələr var ki, orda gəlir olmayıb, həmin sahədə yüklülük var. Məsələn, kənd təsərrüfatı sektorunda məhsul ixrac etsək də daha çox idxal etmişik. Ümumi bütün ticarət dövriyyəsini hesablayanda isə profisitdəyik”.

Davud

Избранный
25
valyuta.az

1Источники