“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucova verilmiş ittiham yüngülləşdirilib.
Senzor.az bildirir ki, ibtidai istintaqın sonunda ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı ləğv edilib.
Onun üzərində yalnız 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) ittihamı saxlanılıb. Həmin maddənin sanksiyasında 3 ilə kimi həbs və ya azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.
Kanal rəhbərinin ağır ittihamı götürüldüyü üçün onun iş məhkəməyə göndərilib. İşə Səbail Rayon Məhkəməsində Günel Səmədovanın sədrliyi ilə baxılacaq.
Hazırlıq iclası hələ təyin edilməyib.