RU

Moldova fövqəladə vəziyyə ELAN ETDİ - Humanitar fəlakət yaxınlaşır

 

Moldova fövqəladə vəziyyət elan edib.

 

Sfera.az xəbər verir ki, qərarın səbəbi Moldovanın aldığı Rusiya qazının tranzitinin dayandırılması ilə bağlı olub.

 

Belə ki, tranzit Ukrayna ərazisindən keçdiyinə görə, dövlət tərəfindən dayandırılıb. Beləliklə, Moldova humanitar böhran təhlükəsi ilə qarşı-qarşıya qalıb.

 

“2024-cü il dekabrın 16-dan başlayaraq 60 günlük müddətə Moldova Respublikasının bütün ərazisində fövqəladə vəziyyət elan edilsin”, - Fəaliyyət və Həmrəylik Partiyasının deputatları tərəfindən təsdiqlənən sənəddə deyilir.

 

Bu müddət ərzində hökumətin Fövqəladə Hallar Komissiyası həm dövlət qurumları, həm də təsərrüfat subyektləri üçün məcburi olan sərəncamlar vermək səlahiyyətinə malikdir. Müxalifət fərmanı dəstəkləməkdən imtina edib. Onun baxılması axşam saatlarında başlayıb, çünki deputatlar bütün günü hakimiyyətin keçmiş prezident seçkilərində baş vermiş pozuntularla bağlı hesabatlarını dinləməklə keçiriblər.

 

Bu ərəfədə Moldova Fövqəladə Hallar Komissiyasının iclası keçirilib və bildirilib ki, böhran qış dövründə elektrik enerjisi çatışmazlığına səbəb ola bilər, çünki Dnestr çayının hər iki sahilində yerləşən elektrik şəbəkələrini qidalandıran Moldavskaya elektrik stansiyası Rusiya qazı ilə işləyir.

 

Moldova hökumətinin məlumatına görə, Dnestryanıda kömür ehtiyatları formalaşıb ki, bu da çayın sol sahilində 30-50 gün ərzində yalnız məişət istehlakçılarını təmin etmək üçün kifayət etməlidir. Ölkənin sağ sahili Rumıniyanın elektrik şəbəkələri vasitəsilə elektrik enerjisini idxal etməli olacaq ki, onlar Ukraynaya çoxlu ixracat həyata keçirdikləri üçün indiyədək Moldovanın ehtiyaclarının yalnız yarısını təmin edə biliblər.

 

Dünən Dnestryanı hakimiyyət də iqtisadi fövqəladə vəziyyət elan edib. Dnestryanıda yerli istehlakçılar və sənaye tamamilə Rusiyadan ucuz qaz tədarükündən asılı olduğundan, sol sahildə humanitar fəlakət yaxınlaşır.

 

Tanınmamış respublikanın prezidenti Vadim Krasnoselski Moldova və Rusiyanı tranzitin saxlanması üçün Ukrayna ilə razılığa gəlməyə çağırıb.

 

Firuzə Əliyeva

Sfera.az

Избранный
30
sfera.az

1Источники