RU

Paşinyan Bakının son layihəsinə cavabı Trampa görə(?) gecikdirir...

Image

Tural İsmayılov: "Ermənistan bəzi məsələlərdə sülhpərvər olduğunu sözlə deyil, real addımlarla sübut etməlidir"

Məlum olduği kimi, Azərbaycan Ermənistanın sülh sazişi layihəsi ilə bağlı təkliflərinə cavab verib. Bakı sülh sazişi üzrə 11-ci təkliflər paketini qarşı tərəfə göndərib. Amma hələ Ermənistandan bir cavab yoxdur. 

Bundan əvvəl İrəvan sülh sazişi təklifinə 70 gündən sonra bərbad bir cavab vermişdi. Belə ki, sülh sazişinin 17 maddəsindən 3 fundamental maddəni çıxararaq "sazişi" bu şəkildə imzalamağı təklif etmişdi. Əlbəttə, Azərbaycan belə bir əhmiyyətsiz, heç nəyi həll edə bilməyən kağız parçasına imza ata bilməzdi.

Azərbaycan hökuməti dəfərlərlə sülhlə bağlı öz mövqeyini bəyan edib. Azərbaycan Prezidenti İlham Əliyev də bu məsələ ilə bağlı ölkəmizin konkret mövqeyini açıq şəkildə ifadə edib. Əlbəttə, ikitərəfli qaydada aparılan yazışmalar bundan sonra davam edəcək. Ermənistan tərəfi nəhayət reallığı qəbul etməlidir. Çünki sülhün əldə olunması üçün Azərbaycanın konkret təklifi var. Azərbaycan sülhün əldə olunmasında maraqlıdır. Cənubi Qafqazda sülh şəraitinin qurulması rəsmi Bakının əsas məqsədidir. Bununla bağlı Azərbaycanın yeganə tələbi hər kəsə məlumdur. Ermənistan Konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiasını ehtiva edən əsassız müddəalar çıxarıldıqdan sonra sülhün əldə olunması mümkündür. Bundan əlavə qarşıya çıxacaq digər məsələlərdə tərəflərin razılığa gəlməsində hər hansı problem yoxdur. Əsas şərt ərazi bütövlüyü və suverenliklə yanaşı, sərhədlərin toxunulmazlığına olan təhdidlərin aradan qaldırılmasıdır. Ermənistan bu şərtlərə riayət edəcəksə, sülhün əldə olunması realdır. Əks halda bu, mümkün olmayacaq. Bu, Azərbaycan tərəfinin konkret mövqeyidir.

Ermənistan Azərbaycanın son sülh layihəsi təklifinə cavabını niyə gecikdirir? Ola bilərmi ki, Ermənistan Trampın inauqurasiyasını gözləyir? Ümumiyyətlə, Trampın inauqurasiyası bu məsələdə nəyisə dəyişə bilərmi?

Baki-xeber.com-a açıqlamasında Tural İsmayılov bildirdi ki, Ermənistan reallıqda, ümumiyyətlə, sülhdən uzaq olan bir ölkədir: "Onlar tarix boyu Azərbaycanın sülhlə bağlı təkliflərinə obyektiv və adekvat qiymət verməyiblər. Bu da nəticədə Cənubi Qafqaz regionunda həmişə müharibə təhlükəsinə səbəb olub.

Ermənistan Azərbaycanın sülhlə bağlı çağrışlarına qulaq asmadığına görə iki ölkə arasında 44 günlük müharibə baş verdi. Azərbaycan Ermənistanın işğal altında saxladığı torpaqlarını sülh yolu ilə geri qaytarmaq meyarlarından uzaq olduğunu gördükdən sonra hərbi yola əl ataraq torpaqlarını işğaldan azad etdi.

Bu gün Ermənistan və onun havadarları çalışırlar ki, özlərini beynəlxalq aləmdə sülhpərvər kimi göstərsinlər. Amma reallıqda isə biz bilirik ki, Ermənistanın uzaqdan-yaxından sülhlə heç bir əlaqəsi yoxdur. Çünki prinsipial və konseptual olaraq Ermənistan bəzi məsələlərdə sülhpərvər olduğunu sözlə deyil, real addımlarla sübut etməlidir. Bu gün Ermənistan hökuməti sözdə sülhlə bağlı bir sıra bəyanatlar versə də, ortada hələ də kifayət qədər anlaşılmayan məsələlər var və bunların da səbəbkarı rəsmi İrəvandır.

Fikrimizcə, Trampın inauqurasiyasının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Ermənistan həqiqətən müstəqil dövlət olsaydı və üzərinə düşən öhdəlikləri yerinə yetirsəydi, Azərbaycanın sülh təkliflərinə normal reaksiya verməyi bacarardı. Trampın səlahiyyətlərinin icrasına başlaması dünyadakı çox ciddi problemlərin həllinə ümidlər yaradır. Amma Ermənistan dünyada elə ciddi əhəmiyyətə malik olan bir ölkə deyil ki, Trampın inauqurasiyası onun hər hansı qərarına təsir etsin. Nə də Ermənistanın Amerikadan bu konteksdə heç bir gözləntisi yoxdur. Bəlkə də seçkilərdə Kamala Harris qalib gəlsəydi, İrəvan Vaşınqtondan nəsə gözləyə bilərdi. Amma Trampın Ermənistanla bağlı heç bir öhdəliyi yoxdur. Əksinə, indiki Bayden administrasiyası Ermənistanı daha çox müdafiə edir".

Dəniz NƏSİRLİ





Избранный
28
baki-xeber.com

1Источники