RU

Qərb Ermənistanı bu məqsədlər üçün silahlandırır — ŞƏRH

“Ermənistanın silahlandırılması bəlli məqsədlərə xidmət edir. Xüsusilə Qərb dövlətləri, ABŞ, Fransa və dəstəklədikləri Hindistan, Yunanıstan vasitəsilə Ermənistan silahlandırılır”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib:

“Silahlanmanın rəsmi əsası 5 aprel tarixində Brüsseldə üçtərəfli görüş zamanı müəyyən edildi. Görüşdə qərarlar qəbul edildi. Ondan sonra biz Ermənistanın Fransa, Hindistan, Yunanıstan tərəfindən sürətlə silahlandırılmasının şahidi oluruq. Amerikadan da müəyyən qədər silah-sursat gətirilib. Amerika və Fransız hərbçiləri Ermənistan ordusunda müşavir və təlimatçı funksiyalarını yerinə yetirirlər. Silahlandırmada əsas məqsəd odur ki, Ermənistan gücləndirilsin. Mümkün qədər revanşa həvəsləndirilsin. Minimum məqsəd odur ki, Ermənistan gələcəkdə danışıqlar masasında əli möhkəmləndirilsin.  Ermənistanı təhlükəsizlik sferasında Rusiyadan uzaqlaşdırmaq və Qərbin bölgəyə yerləşməsini təmin etmək əsas məqsəddir”.

Əfsanə Kamal
Demokrat.az
Избранный
36
demokrat.az

1Источники