RU

Azərbaycana qarşı hələ də dezinformasiya siyasəti aparılır - Hikmət Hacıyev

Bakı. Trend:

Qərb və Ermənistan mətbuatı tərəfindən, xüsusi İkinci Qarabağmüharibəsi, antiterror əməliyyatları, eləcə də COP29 ilə bağlıyayımlanan saxta xəbərlər ölkəmizə qarşı mütəmadi olaraq tətbiqedilən dezinformasiya siyasətinin nümunələridir və bu hal hələ dədavam edir.

Trend-inməlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Prezidentininköməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələlərişöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda “STRATCOM 24” sammitiçərçivəsində təşkil olunan “Süni intellekt və stratejikommunikasiya: Azərbaycanın gələcəyi üçün bir baxış” mövzusundapanel iclasda səsləndirib.

Azərbaycanın dezinformasiya ilə mübarizədə süni intellektdənistifadə etdiyini bildirən Hikmət Hacıyev vurğulayıb ki, Vətənmüharibəsinin bitməsinə baxmayaraq, ölkəmizə qarşı hələ dədezinformasiya siyasəti aparılır. Azərbaycan bu məsələni Ermənistantərəfi ilə danışıqlar zamanı da diqqətə çatdırır.

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə toxunanPrezidentin köməkçisi bu əlaqələrin həm ikitərəfli, həm də TürkDövlətləri Təşkilatı çərçivəsində çoxşaxəli şəkildə davametdirildiyini deyib və ölkələrimiz arasında süni intellektsahəsində də əməkdaşlığın olduğunu diqqətə çatdırıb.

Məqalədə:
Избранный
28
13
az.trend.az

10Источники