ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukraynadakı münaqişəyə son qoymaq üçün hazırkı Amerika administrasiyası və Ukrayna rəsmiləri ilə danışıqlar aparır.
“Far.Az” xəbər verir ki, bu barədə ABŞ-nin “NBC News” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Trampın müşavirləri və onun administrasiyasında vəzifələrə namizədlər hələ ki planın konkret təfərrüatlarını açıqlamayıblar.
Mənbələr qeyd edir ki, Tramp Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki hazırkı uğurlarına görə Ukraynadan daha çox Kremlin mövqeyində çətinliklər görür. Eyni zamanda, Trampın komandası, yəqin ki, Ukraynanın NATO-ya daxil olmaq istəyini dəstəkləməyəcək. Lakin alyansın bəzi ölkələrinin təhlükəsizlik zəmanətləri nəzərdən keçirilir.
Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-nin Ukraynanı dəstəksiz qoymayacağını və bunun sülh nizamlanmasına nail olmaq üçün zəruri olduğunu bildirib.