AZ

Brüssel Trampın qorxusundan Rusiya aktivlərinin müsadirəsini müzakirə edir

Avropa İttifaqı (Aİ) Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsi üçün onların müsadirəsinin hüquqi və maliyyə nəticələrini qiymətləndirir.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Aİ diplomatik xidməti və bir sıra üzv dövlətlər aktivlərin müsadirəsi üçün hüquqi əsas kimi məhkəmə qərarlarının verilməsinin zəruriliyi və ya yalnız zərərin hesablanması ilə kifayətlənmək imkanı da daxil olmaqla, variantları nəzərdən keçirir.

Almaniya, Belçika və Lüksemburq da daxil olmaqla bir sıra ölkələr Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin müsadirə edilməsi ideyasından ciddi narahat olduqlarını bildiriblər.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəyə gəldikdən sonra Ukraynaya dəstəyi azalda və ya tamamilə dayandıra biləcəyi qorxusu fonunda bu mövzuda müzakirələr güclənib.

Oktyabr ayında G7 liderləri Ukraynaya 50 milyard dollarlıq kreditin təfərrüatları ilə bağlı razılığa gəldiklərini açıqlayan birgə bəyanat qəbul eediblər. Kredit dondurulmuş Rusiya dövlət ehtiyatları hesabına qaytarılacaq. Bu çərçivədə ABŞ Ukraynaya 20 milyard dollar ayırmağı öhdəsinə götürüb, yerdə qalan 30 milyard dollar isə G7 və Aİ-nin birgə səyləri ilə ayrılacaq. Artıq ABŞ Maliyyə Nazirliyi kreditin ayrıldığını açıqlayıb.

Musavat.com

Seçilən
4
2
musavat.com

10Mənbələr