RU

Cənubi Koreyanın paytaxt müdafiə komandanı həbs edilib

Dekabrın 3-də uğursuz hərbi vəziyyət elan edilməsindən sonra Milli Assambleyaya daxil olan əsgərlərə rəhbərlik etdiyi iddia edilən Cənubi Koreyanın Paytaxt Müdafiə Komandanı general-leytenant Li Jin-woo həbs edilib.

“İki sahil”in “Yonhap”a istinadən verdiyi məlumatına görə, prokurorluq, daha əvvəl vəzifəsindən uzaqlaşdırılan və xaricə çıxışı qadağan edilən Linin hərbi vəziyyətlə bağlı istintaq çərçivəsində həbs edildiyini bildirib.

Li istintaq çərçivəsində həbs edilən üçüncü yüksək səviyyəli müdafiə məmurudur. Bundan əvvəl istefa verən Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyun və Müdafiə Əks-kəşfiyyatının komandanı general-leytenant Yeo İn-hyunq həbs edilib.

İstintaq çərçivəsində yüksək rütbəli hərbi qulluqçular, o cümlədən Baş Qərargah rəisi, Paytaxt Müdafiə Komandanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Müdafiə Kəşfiyyatı Komandanı və Müdafiə Əks-kəşfiyyatının komandanı vəzifələrindən azad ediliblər.

Hərbi vəziyyətlə bağlı işə baxan xüsusi prokurorluq qrupu dekabrın 12-də Paytaxtın Müdafiə Komandanlığında axtarış aparıb.

Prezident Yoon Suk Yeolun uğursuz hərbi vəziyyət elan etməsindən sonra Milli Məclisə “hərbi vəziyyət qoşunları” adı ilə daxil olan əsgərlərin Paytaxt Müdafiə Komandanlığından göndərildiyi bildirilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
34
ikisahil.az

1Источники