Ötən gün axşam saatlarından əsməyə başlayan güclü külək Göyçayda bəzi fəsadlara səbəb olub.
Şəhərin mərkəzi küçə və prospektlərində bir sıra yaşayış binalarının dam örtüyü uçub, elektrik və rabitə dirəkləri aşıb, xətlər qırılıb. Bu səbəbdən hazırda Göyçayın mərkəzi də daxil olmaqla, bir sıra kəndlərdə elektrik enerjisinin verilişi dayandırılıb.
Bundan başqa, şəhər ərazisində iri gövdəli ağaclar da aşıb, bir sıra obyektlərə, ticarət mərkəzlərinə zərər dəyib.
Güclü külək bəzi kəndlərdə də ağacları aşırıb, evlərin dam örtüklərinə zərər vurub.
AZƏRTAC