RU

37 PUA məhv edildi

Rusiyanın regionları üzərində hava hücumundan müdafiə sistemləri bir gecədə Ukrayna Silahlı Qüvvələrinə məxsus 37 pilotsuz təyyarəni məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Ən çox sayda pilotsuz təyyarə Kursk və Krasnodar üzərində məhv edilib (hər birində 12). 7 PUA Bryanskda, 5-i Oryol üzərində məhv edilib. Azov dənizi üzərində daha bir pilotsuz uçuş aparatı məhv edilib.

Bildirilir ki, dron hücumundan sonra Oryol vilayətində yanacaq infrastrukturu obyektində yanğın lokallaşdırılıb. Oryol sakinləri sosial şəbəkələrdə bir neçə partlayış barədə məlumat veriblər. İlkin versiyaya görə, partlayışlar Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin neft bazasına hücum cəhdi ilə əlaqələndirilib.

Избранный
35
1
publika.az

1Источники