RU

Su-kanalizasiya sistemləri şaxtalı və qarlı günlərə necə hazırlaşır? - AÇIQLAMA

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri ŞəhərlərinBirləşmiş Su Təchizatı Xidməti hal-hazırda qış aylarında sutəchizatı sistemində yarana biləcək problemlərin aradanqaldırılması istiqamətində fəaliyyətini davam etdirməkdədir.

Bu barədə Trendİri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətinəistinadən məlumat verir.

Bildirilib ki, əsasən, kanalizasiya kollektorlarının yuyulması,baxış quyuları və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyatakeçirilir. Məqsəd xətlərin intensiv yağışlar zamanı həm yağışsularını, həm də tullantı sularını maneəsiz şəkildə daşımasınıtəmin etməkdir.

Qeyd edilib ki, eyni zamanda, kanalizasiya nasos stansiyalarıtəftiş olunur, orada mövcud olan digər mexaniki avadanlıqlar sazvəziyyətə gətirilir.

"Bundan başqa, qış aylarında ən çox problemlər sayğaclar vəmagistral paylayıcı şəbəkələrdə baş verən donvurmalardır.Vətəndaşlar tərəfindən primitiv qaydada çəkilmiş su xətlərininəksəriyyətində izolyasiya məsələləri nəzərə alınmayıb. Tövsiyəmizodur ki, həmin xətlər ya izolyasiya olunmalı, ya da torpaq altınakeçirilməlidir.

İstehlakçıların diqqətinə çatdırırıq ki, fərdi yaşayış evlərindəvə fərdi həyətyanı sahələrdə, eləcə də, kommersiya obyektlərindəquraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsindəsıradan çıxmasının qarşısının alınması üçün zəruri və qabaqlayıcıtədbirlərin görülməsi vacibdir.

Şaxtanın daha çox olduğu gecə saatlarında sayğac içərisindəsuyun qalmaması üçün sayğacın giriş vintili bağlanmalı, çıxışvintili açıq saxlanılmalı və sayğac qutusunun qapağı bağlıqalmalıdır. Donvurmadan mühafizə tədbirləri kimi sayğaclarınüzərində isti materiallarında örtük və sayğacın quru ağac yonqalarıilə əhatə olunması tövsiyə olunur", - qurumdan bildirilib.

Məqalədə:
Избранный
17
38
az.trend.az

8Источники