RU

Məşhur çay şirkəti bağlandı

"Gilan Tea" çay şirkətinin fəaliyyətinə xitam verilib.

Milli.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetindən məlumat əldə edib.

Belə ki, "Gilan Tea" MMC "Green Plant" MMC-yə qoşulub və buna görə də "Green Plant" şirkəti yenidən təşkil edildiyini elan edib.

Qeyd edək ki, nizamnamə kapitalı 3 milyon 337 min 928.6 manat olan "Gilan Tea" MMC 2010-cu ildə dövlət qeydiyyatına alınıb.

Sözügedən ikinci şirkət isə "Astara Çay" MMC adı ilə 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Bu ilin oktyabrında şirkət rebrendiq edərək indiki adını - "Green Plant" MMC alıb. Şirkətin nimzanamə kapitalı 5 milyon 100 min manatdır.

Onu da əlavə edək ki, "Gilan Tea" və "Green Plant" MMC-lərin qanuni təmsilçisi Seyfullayev Kamil Əli oğludur.

Milli.Az

Избранный
56
5
milli.az

10Источники