RU

Azərbaycanda transseksual vəzifəli şəxsin atasını ŞANTAJ ETDİ

Azərbaycanda cinsi azlıq nümayəndəsi vəzifəli şəxsin atasını hədələyərək 12900 manat pul alıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən İmişli şəhər sakini 1989-cu il təvəllüdlü Sulduz Bayramov barəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilib.

Araşdırmalar zamanı məlum olub ki, Sulduz sosial şəbəkələrdə qadın adı ilə qeydiyyatdan keçib və İmişli rayonunda yaşayan yaşlı kişinin sosial şəbəkə səhifəsinə yazıb. O, özünü qadın kimi təqdim edib və yaxın günlərdə Füzuliyə gedəcəyini deyərək görüş təklif edib. İmişlidə vəzifəli şəxsin atası olan yaşlı kişi özünə məxsus “Ford Fusion” markalı avtomobillə görüşə gedib və özünü Səma adı ilə tanıdan şəxs avtomobilə oturub. Bu zaman zərərçəkmiş şəxs görüşdüyü adamın qadın deyil kişi cinsinə mənsub olduğunu görüb və aralarında mübahisə baş verib.

Mübahisə zəminində Sulduz həmin şəxsi hədələməyə başlayıb və polisə şikayət edərək təcavüzə məruz qaldığını deyəcəyini bildirib. Cinsi azlıq nümayəndəsi şikayət etməmək müqabilində ondan pul tələb edib. Bu yolla o, zərərçəkmiş şəxsdən 12900 manat pul alıb.

Evdə atasının narahat olduğunu görən vəzifəli şəxs onu izləməyə başlayıb və atasının gizli olaraq maşınla İmişlidən çıxaraq Füzuli istiqamətinə getdiyini, orada kiminləsə görüşdüyünü görüb. Bundan sonra şantaj cinayətinin üstü açılıb. Sulduz barəsində iş açılıb və o həbs olunub.

Избранный
45
3
publika.az

4Источники