"Mançester Siti" 2023/24 mövsümünə dair maliyyə hesabatını açıqlayıb.
Apasport.az xəbər verir ki, "şəhərlilər" 2023/24 mövsümü üçün 715 milyon funt-sterlinq gəlir əldə edərək, əvvəlki mövsümün liqa rekordunu (712,8 milyon funt-sterlinq) qırıblar. Klubun xalis mənfəətinin 73,8 milyon funt sterlinq təşkil etdiyi qeyd edilir.
Qeyd edək ki, Premyer Liqanın cari mövsümünün 15 turundan sonra "Mançester Siti" 27 xal toplayıb və hazırda 4-cü yerdədir. Xosep Qvardiolanı komandası bütün turnirlərdə son 10 matçın yalnız 1-də qələbə qazanıb. "Mançester Siti” İngiltərə çempionatında növbəti oyununu “Mançester Yunayted”ə qarşı keçirəcək.
"Barselona" Braziliya millisinin üzvi ilə maraqlanır
2024-cü ilin ən yaxşı oyunçusu açıqlandı
“Barselona” Olmo məsələsini həll edir
Musiala Havertz və Virtsi qabaqlayıb
“Yuventus”da Vlahoviç problemi