RU

Bakıda mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkib - VİDEO

Bakıda mühafizəçinin stomatoloq adı ilə xəstənin 11 dişini çəkdiyi iddia edilir.

News24.az Xezerxeber.az-a istinadən məlumatına görə, paytaxt sakini Elnarə Məhərrəmova iddia edir ki, dişlərini müalicə etdirmək üçün sosial şəbəkə vasitəsilə tapdığı həkimə müraciət edib. Dediyinə görə, o, əvvəlcə həmin həkim tərəfindən dişlərinin rentgen olunması üçün başqa klinikaya yönləndirilib. Daha sonra "Dent House" klinikasında özünü həkim olaraq təqdim edən, əslində isə Bakıda zavodların birində mühafizəçi olaraq çalışan və Fərid Əşrəfli adı ilə fəaliyyət göstərən Fərahim Quliyev xəstənin dişlərinə implant qoymaq üçün ilk olaraq sağlam 5 dişini çəkib və ümumilikdə 11 dişin hər biri üçün əvvəlcədən 1500 manat implant pulu tələb edib.

Zərərçəkən Elnarə Məhərrəmova onu da iddia edir ki, Fərid Əşrəfli daha sonra "Dental Klinika"da fəliyyətə başladığını bildirib və onu ora dəvət edib. Şikayətçinin dediyinə görə, həkim ondan ümumilikdə 3 min manat pul alıb.

Zərərçəkən məsələ ilə bağlı əvvəlcə Nərimanov Rayon Prokurorluğuna, daha sonra isə Bakı Şəhər Prokurorluğuna müraciət edib, araşdırma aparılır.

Səsləndirilən iddialarla bağlı "Dent House" klinikası ilə əlaqə saxlamağa çalışsaq da, açıqlama verməkdən imtina edildi.


Избранный
6
48
news24.az

10Источники