Bakı. Trend:
Azərbaycanın tanınmış bədii gimnastı Zöhrə Ağamirova karyerasınıbaşa vurub.
Trend xəbərverir ki, o, bu gün Bakıda start götürən bədii gimnastika üzrə "Qışnağılı" beynəlxalq turniri zamanı idmanla vidalaşdığını elanedib.
23 yaşlı idmançı son dəfə xalça üzərinə çıxaraq ayrı-ayrıalətlərdə bacarığını nümayiş etdirib.
Çıxışdan sonra Azərbaycan Gimnastika Federasiyasının baş katibiNurlana Məmmədzadə Z.Ağamirovaya göstərdiyi xidmətlərə, mübarizəəzmi və çalışqanlığı ilə hər zaman gənc gimnastlara nümunə və ilhammənbəyi olduğuna görə təşəkkür edib. Sonda gimnasta xatirəhədiyyəsi təqdim olunub.
Qeyd edək ki, Zöhrə Ağamirova IV və V İslam HəmrəyliyiOyunlarının qalibi, Avropa çempionatının bürünc, XXX YayUniversiadasının ikiqat gümüş mükafatçısı, eyni zamanda“Tokio-2020” və “Paris-2024” Yay Olimpiya Oyunlarınıniştirakçısıdır.