RU

Hakan Fidan Blinkenlə belə vidalaşdı : "Sonuncu səfəri olacaq" - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyənin Xarici işlər naziri Hakan Fidan ABŞın dövlət katibi Antoni Blinkenlə görüşüb. 

Milli.Az xəbər verir ki,görüşdən sonra kameralar qarşısına keçən ikili aktual məsələlərlə bağlı mesajlar veriblər. İkitərəfli görüşdən sonra nazir Fidan amerikalı həmkarı ilə canlı yayımda vidalaşıb.

Fidanın çıxışının sonunda Blinkeni "Vəzifəlik müddətində sonuncu səfəri olacaq. Ona gələcək işlərində uğurlar arzulayıram" deyərək yola salması diqqətdən yayınmayıb.

Qeyd edək ki, daha öncəki səfərlərin birində Hakan Fidan ABŞ dövlət katibi Blinkenin görüşdə onu qucaqlamaq cəhdini məharətli əl jesti ilə rədd etmişdi. Bu görüntü uzun müddət sosial mediada viral olmuşdu.

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
24
20
milli.az

10Источники