RU

Keçmiş müdafiə naziri saxlanıldı

2021-2022-ci illərdə Braziliyanın müdafiə naziri olmuş Uolter Braqa federal polis tərəfindən saxlanılıb. O, dövlət çevrilişinə cəhddə ittiham edilir.Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə “O Globo” qəzeti yazıb."Bu heç vaxt çevriliş olmayıb, kimisə öldürmək məqsədilə sui-qəsddən isə söhbət gedə bilməz", - keçmiş nazir.
Qeyd edək ki, 2022-ci ildə vitse-prezidentliyə namizəd olan sabiq nazir ikinci turda Lula da Silva və yeni seçilmiş vitse-prezident Jeraldu Alkminə məğlub olub.Xatırladaq ki, noyabrın 19-da Braziliya Federal Polisi Bolsonaru və bir neçə zabitə qarşı 2022-ci il seçkilərində məğlubiyyətdən sonra mütəşəkkil cinayətkar dəstə yaratmaq və çevrilişə cəhd ittihamı ilə istintaqa başlayıb.

Qurumun hesabatına görə, sui-qəsdçilər Lula da Silvanın 2023-cü il yanvarın 1-nə planlaşdırılan andiçmə mərasimini pozmaq istəyiblər.

Избранный
22
3
metbuat.az

5Источники