RU

Biləsuvar və Cəlilabad ağ örpəyəBÜRÜNDÜ

Biləsuvar və Cəlilabad rayonuna mövsümün ilk qarı yağıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, qar əsasən Cəlilabadın dağlıq ərazilərinə daha çox yağıb.

Qar örtüyünün hündürlüyü Biləsuvar rayonunda və Cəlilabadın mərkəzində 5 santimetr, Cəlilabadın kəndlərində isə 10 santimetrə çatıb.

Təbiət hadisəsi nəqliyyatın hərəkətinə heç bir maneə yaratmayıb. Yollar tam açıqdır və nəqliyyat vasitələrinin hərəkəti təhlükəsiz şəkildə davam edir.

Hazırda bölgədə şaxtalı hava şəraiti davam edir.

2222
Избранный
48
5
redaktor.az

5Источники