RU

İngiltərə Premyer Liqası: Azlıqda qalan "Liverpul" büdrədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərə çempionatında 16-cı turun "Liverpul" - "Fulhem" komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, oyun Liverpuldakı "Enfild" stadionunda baş tutub.
Görüş 2:2 hesabı ilə başa çatıb.
Qarşılaşmada hesabı 11-ci dəqiqədə "Fulhem"in yarımmüdafiəçisi Andreas Pereyra açıb. 17-ci dəqiqədə mersisaydlıların müdafiəçisi Endryu Robertson qırmızı vərəqə alıb. İkinci hissənin əvvəlində "Liverpul"un hücumçusu Kodi Qakpo tarazlığı bərpa edib. 76-cı dəqiqədə hücumçu Rodriqo Muniz London klubunu hesabda irəli çıxarıb. 86-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Dioqo Jota hesabı bərabərləşdirib.
Hazırda "Liverpul" İngiltərə çempionatının turnir cədvəlində birinci yerdədir. Komanda 15 görüşdə 36 xal toplayıb. "Fulhem" isə 16 oyundan sonra 24 xal toplayıb və 9-cu yerdədir.
Избранный
29
15
oxu.az

10Источники