RU

Dadaş Dadaşbəyli dünya ikincisi oldu!

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti məlumat yayıb.

109 kq çəki dərəcəsində “körpücük” üzərinə çıxan atlet 183 kq-ı ram edib və bu hərəkətdə dördüncü olub.

O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək tarixi uğur əldə edib. 221 kq-ı başı üzərinə qaldıran Dadaşbəyli bu hərəkətdə mundialın gümüş medalına sahib çıxıb.

Təmsilçimiz toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada ikinci yeri turub.

Xatırladaq ki, Dadaş Dadaşbəylu ötən il Səudiyyə Ərəbistanında keçirilmiş dünya çempionatında da bürünc medal qazanmışdı.

Bu yarışda iştirak edən Azərbaycan yığma komandasının idmançısı İsa Rüstəmov (73 kq) da Manamada körpücük üzərinə çıxıb. B qrupunda yarışan atletimiz birdən qaldırma hərəkətində 150 kq nəticə göstərərək 4-cü olub. Təkanla qaldırma hərəkətində 178 kq ağırlığı başı üzərinə qaldıran Rüstəmov bu dəfə də 4-cü yerdə qərarlaşıb. Təmsilçimiz toplam çəkidə 328 kq (150+178) nəticəyə imza ataraq B qrupunda mübarizəni 4-cü yerdə başa vurub.

Избранный
22
25
arena.az

10Источники