RU

Rusiya Əsəd dövlət mühafizəsi ilə təmin edilib?- Narışkin danışdı

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin təyin olunub-olunmamasından məlumatı yoxdur.

Musavat.com xəbər verir ki, o, TASS-ın bu barədə sualını cavablandırarkən “bilmirəm” deməklə kifayətlənib.

O, Əsədin mühafizəsinin etibarlı mühafizə olunub-olunmaması barədə sualın ona aid olmadığını deyib.

“Bu, mənə aid olan sual deyil”,-deyə Sergey Narışkin bildirib.

Qeyd edək ki, Kreml Bəşər Əsədə sığınacaq verməyin şəxsən Rusiya prezidenti Vladimir Putinin qərarı olduğunu açıqlamışdı.
Hazırda Əsəd və ailə üzvləri Moskvadadır.

Musavat.com

Избранный
42
11
musavat.com

10Источники