RU

"Hajigabul Poultry Farm Company" işçi axtarır - VAKANSİYA

Hajigabul Poultry Farm Company

Mühasib (Şəmkir)

Son tarix 14 yan 2025 - [email protected]

Vəzifə haqqında: 

Biz komandamıza rəsmi vergi hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi qanunvericiliyinə uyğun uçotun aparılması və digər mühasibatlıq əməliyyatlarının icrası ilə məşğul olacaq təcrübəli Mühasib axtarışındayıq . Bu vəzifədə sizin əsas məqsədiniz fabrikin maliyyə əməliyyatlarının dəqiqliklə həyata keçirilməsindən ibarət olacaqdır.

İş barədə məlumat:

  • İş yeri: Şəmkir ;
  • Vergi qanunvericiliyinə uyğun olaraq aylıq, rüblük və illik hesabatların hazırlanması və təqdim edilməsi;
  • ƏDV, mənfəət, gəlir və digər vergilərin düzgün hesablanması və vaxtında ödənilməsini təmin etmək;
  • Elektron qaimə-fakturaların tərtibi və göndərilməsi;
  • Vergi orqanları ilə yazışmaların aparılması və yaranan məsələlərin həlli;
  • Mühasibat uçotu sənədlərinin işlənməsi və onların qanunvericiliyə uyğun aparılması;
  • Aylıq maliyyə və vergi hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Bank əməliyyatlarının aparılması, ödənişlərin həyata keçirilməsi və bank sənədlərinin işlənməsi;
  • Şirkətin mühasibatlıq sistemində məlumatların düzgün qeydiyyatını aparmaq və arxivləşdirmək.
  • 6 günlük iş rejimi (09:00 - 17:00);
  • Əmək haqqı : Müsahibə əsasında.

Tələblər:

  • Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;
  • Vergi hesabatlarının hazırlanması sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Yaş həddi : 28- 45 yaş arası;
  • Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyi haqqında dərin biliklər;
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı;
  • Mühasibatlıq proqramlarında (1C və ya digər müvafiq proqramlarda) işləmə təcrübəsi;
  • Dəqiqlik, məsuliyyətlilik və analitik düşüncə bacarığı;
  • Vergi orqanları ilə əməkdaşlıq və müvafiq yazışmalar aparma qabiliyyəti.

Müraciət etmək üçün CV-nizi qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərsiniz.

Избранный
25
fed.az

1Источники