RU

Bakıda II İoann Pavelin şərəfinə tikiləcək yeni kilsənin yerləşəcəyi ərazinin təqdis olunması münasibətilə qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolikkilsəsinin yerləşəcəyi ərazinin Müqəddəs Taxt-Tacın Dövlətlər vəBeynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop PaulRiçard Qallager tərəfindən təqdis edilməsi münasibətilə dekabrın14-də Bakıda qəbul keçirilib.

Trend xəbər verir ki,tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müaviniFariz Rzayev bildirib ki, dostluq və sıx əməkdaşlığa əsaslananAzərbaycan-Müqəddəs Taxt-Tac əlaqələri müsbət məcrada inkişaf edir.O, 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin və 2005-ci ildən etibarənPrezident İlham Əliyevin Vatikana, 2002-ci ildə Roma Papası IIİoann Pavelin, 2016-cı ildə isə Roma Papası Fransiskin Azərbaycanasəfərlərini xatırladıb, bu səfərlərin iki ölkə arasındakıəlaqələrin indiki səviyyəyə yüksəlməsinə böyük təkan verdiyinivurğulayıb.

“Biz mədəniyyətlərarası və dinlərarası dialoq dəyərlərininqorunması istiqamətində fəal, səmərəli əməkdaşlığımıza xüsusiəhəmiyyət veririk. Azərbaycanda müxtəlif dinlərə və inanclara malikinsanlar əsrlər boyu mehriban, qarşılıqlı hörmət şəraitindəyaşayıblar. Heydər Əliyev Fondunun Vatikanın tarixi yerlərininbərpasında iştirakı əməkdaşlığımızı daha da inkişaf etdirir vəqlobal mədəni irsin qorunub saxlanmasına, mədəniyyətlərarasıdialoqun inkişafına töhfə verir”, - deyə nazir müavinibildirib.

Sonra çıxış edən Paul Riçard Qallager Bakıda katolik kilsəsinintikintisi üçün ərazi ayırdığına görə Azərbaycan Prezidenti İlhamƏliyevə, həmçinin Heydər Əliyev Fonduna dərin minnətdarlığınıbildirib.

“Mən, həmçinin Bakının mərkəzində bu kilsənin tikintisi mümkünolduğu üçün xeyirxah insanlara təşəkkür edirəm. 2002-ci ildə bugözəl ölkəyə səfər edən Papa II İoann Pavelin şərəfinə tikiləcəkkilsə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında möhkəm dostluğunəbədi rəmzi olacaq”, - deyə o vurğulayıb.

Tədbirin həm də Azərbaycanın zəngin dini və mədənimüxtəlifliyini ifadə etdiyini bildirən Paul Qallager deyib:“Məmnunuq ki, dərin multikulturalizm ənənələrinə sadiq ölkə kimiAzərbaycan bütün dinlərlə, o cümlədən Katolik Kilsəsi ilə dialoqaaçıqdır. Müqəddəs Taxt-Tac Azərbaycanla əlaqələrin və xüsusiləədalət və sülh kimi mənəvi dəyərlərin təbliğində əməkdaşlığınbundan sonra da möhkəmləndirilməsinə sadiqdir”.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Избранный
26
4
az.trend.az

10Источники