1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiyanın Primorye diyarının sakini ayı ovlayarkən faciəli şəkildə ölüb.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Primoryenin Meşə Təsərrüfatı, Ətraf Mühitin Mühafizəsi, Vəhşi Təbiət və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Belə ki, ovçunun ilk atəşi uğursuz alınıb və hədəfə dəyməyib, ikinci cəhddə isə silahın nasazlığı səbəbindən atəş açmaq mümkün olmayıb. Nəticədə, ayı ovçuya çataraq ona ağır xəsarətlər yetirib. Ovçu aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin versiyaya görə, ovçuya erkək qonur ayı hücum edib.