RU

Heydər Əliyev Fondunun vitse-prezidenti Ruandada

Leyla Əliyeva qurumun layihələrinin açılış və təqdimatında iştirak edib

Heydər Əliyev Fondu əksər Afrika ölkələri üçün bir nömrəli problem olan içməli su ilə təchizat məsələsinə öz töhfəsini verib. Belə ki, Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində Ruandanın şərq əyalətinin administrativ mərkəzi Rvamaqana şəhər məktəbi içməli su ilə təchiz edilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandaya səfəri zamanı Rvamaqana şəhər məktəbində olub.

Qeyd olunub ki, məktəb binasının yerləşdiyi ərazidə Heydər Əliyev Fondunun dəstəyi ilə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib. Bundan əvvəl sakinlər tələbatlarını təmin etmək üçün yağış suyundan asılı vəziyyətdə olublar.

Məktəblə tanışlıq zamanı şagirdlər Azərbaycan haqqında daha geniş məlumat əldə edib, ölkəmizin ənənəvi təamlarından dadıblar.

***

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ruandanın paytaxtı Kiqali şəhərində bu ölkənin xarici işlər üzrə daimi katibi Klementine Mukeka ilə görüşüb.

Görüşdə Heydər Əliyev Fondunun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi üzrə həyata keçiriləcək tədbirlər, ikitərəfli əməkdaşlıq müzakirə edilib. Vurğulanıb ki, Heydər Əliyev Fondu ilə Afrika ölkələri arasında gələcək faydalı əməkdaşlıq münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Leyla Əliyeva, həmçinin Ruandanın gənclər və incəsənət naziri Sandrine Umutoni ilə görüşüb. Azərbaycan ilə Ruanda arasında mədəni əlaqələrə dair, təhsil sahəsində, eləcə də gənclərin mübadilə proqramı çərçivəsində müzakirələr aparılıb, bu istiqamətdəki layihələrin xalqlar arasında münasibətlərə müsbət təsiri qeyd edilib. Müxtəlif mövzulara dair sərgilərin təşkili kimi tədbirlərin xalqlarımızın bir-birini daha yaxından tanımalarına imkan yaradacağı bildirilib.

XQ

Избранный
2
19
xalqqazeti.az

10Источники