...Rusiyalı təqaüdçülər doğum günlərinin şərəfinə əlavə pensiya alacaqlar..?. Onlara 2025-ci ildə Dövlət Dumasına müvafiq qanun layihəsi təqdim ediləcəyi vəd edilir.
SİA-nın məlumatına görə, LDPR-dən olan Dövlət Dumasının sədr müavini Boris Çernışov Rusiya təqaüdçülərinə 13-cü pensiyanın ödənilməsinə dair qanun layihəsini yenidən parlamentə təqdim etməyi planlaşdırdığını açıqlayıb.Onun sözlərinə görə, doğum günündə əlavə pensiya verilməsini nəzərdə tutan yeni təşəbbüsün 2025-ci ildə tətbiqi planlaşdırılır.
Bundan əvvəl, 2023-cü ildə analoji qanun layihəsinə hüquqi çatışmazlıqlar səbəbindən “geri qaytarılıb”.
Bununla belə, Çernışov qeyd edib ki, sənəd yekunlaşdırılıb və yenidən təqdim olunmağa hazırdır.
O, aydınlaşdırıb ki, pensiyaçılara əlavə dəstək kimi bir aylıq pensiyaya bərabər məbləğin ödənilməsi təklif olunur. Deputatın sözlərinə görə, təşəbbüsün məqsədi rusiyalı pensiyaçıların rifahını yaxşılaşdırmaqdır.
Ödəniş ölkədə pensiya alan bütün vətəndaşlara şamil ediləcək.
Bildirilib ki, Rusiyada sosial pensiyalar 14,75 faiz artacaq. ...Əvvəllər yazılmışdı ki, bəzi pensiyaçılar dekabr və yanvar aylarının pensiyalarını eyni vaxtda alacaqlar.
Əli Babayev