RU

Motta Kopmeynersin çıxışına qiymət verdi

“Yuventus”un baş məşqçisi Tyaqo Motta niderlandlı yarımmüdafiəçi Tyon Kopmeynersin oyunu ilə bağlı fikrini açıqlayıb.

Arena.az braziliyaəsilli italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Kopmeyners bizim üçün əsas anlayışdır. Mənə onun fantastik bədən dilini, psixoloji yanaşmasını görmək xoşdur. O, böyük futbolçudur və bir çox səbəblərə görə onun kimi oyunçunu meydandan almaq çətindir”, deyə Motta vurğulayıb.

Xatırladaq ki, “Yuventus” Tyon Kopmeynersi 2024-cü ilin avqust ayında 54,7 milyon avro məbləğ müqabilində “Atalanta”dan transfer edib. Niderlandlı futbolçunun “Yuventus”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var. O, Turin klubunun heyətində 17 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Tyon Kopmeyners Niderlandın “Alkmar” klubunun yetirməsidir. Futbolçu daha sonra “Atalanta”da çıxış edib. Kopmeynersin “Atalanta”nın heyətində çıxışının ümumi mənzərəsi 129 oyun, 29 qol, 15 məhsuldar ötürmədən ibarətdir.

Niderlandlı futbolçunun qənimətlər muzeyində “Atalanta” ilə qazandığı 2023/2024-cü illər mövsümünün Avropa Liqası var.

Tyon Kopmeyners 2020-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 23 oyuna 3 qol və 2 məhsudlar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 26 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Избранный
25
arena.az

1Источники