Ukraynada terror törədən şəxs Ruben Voskanyan olub
Ukrayna Təhlükəsizlik Xidməti Dneprdə terror aktı törədən şəxsi saxlayıb. Yeniavaz.com xəbər verir ki, bu barədə “RBC-Ukrayna” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. Mənbələrin məlumatına görə, saxlanılan şübhəli şəxs Ruben Voskanyandır. Dneprdə əldəqayırma partlayıcıları işə salanın məhz o olduğu güman edilir.