Ukrayna Milli Polisinin və Təhlükəsizlik Xidmətinin birgə əməliyyat nəticəsində Dnepr şəhərində terror aktı törədən şəxs saxlanılıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, onun Dnepropetrovsk vilayətinin sakini, erməniəsilli Ruben Voskanyan olduğu üzə çıxıb. O, Rusiyaya casusluqda da ittiham olunur.
Xatırladaq ki, Dneprdə Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzinin binası yaxınlığında əldəqayırma partlayıcılar işə salınıb. Terror aktı nəticəsində bir nəfər ölüb, iki polis də daxil olmaqla, yaralananlar var.