“Real”ın futbolçusu Arda Güler dünən “Rayo Valyekano”ya qarşı La Liqanın 17-ci turunun matçında əsas heyətdə meydana çıxıb.
İdmanxeber.az xəbər verir ki, o, 2 qolun ötürməsini verib. Gənc yarımmüdafiəçi bu göstərici ilə “Real”ın tarixinə düşüb.
Güler 21-ci əsrdə La Liqada bir matçda iki məhsuldar ötürmə verən “Real”ın ən gənc futbolçusu olub. Buna türk hücumameyilli yarımmüdafiəçi 19 yaş 293 günlüyündə imza atıb.
Güler bu mövsüm klubda bütün turnirlərdə 19 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.