RU

“Fed.az”ın 7 yaşı olur

Azərbaycanın aparıcı biznes xəbər saytı olan FED.AZ (Finance, Economic Development) 2017-ci ilin dekabr ayının 15-də təsis edilib. Saytımız oxucuları ölkədə baş verən mühüm iqtisadi, biznes və maliyyə sahəsinə aid xəbərlərlə (az-rus) gündəlik olaraq məlumatlandırır.

Gündəlik xəbərlərlə yanaşı, redaksiya tərəfindən maliyyə bazarı iştirakçılarının (bank, sığorta və s.) əsas maliyyə göstəriciləri üzrə dövrü renkinqləri, maliyyə, əmlak bazarı və qiymətli kağızlar üzrə aylıq təhlillər, gündəlik birja və tender xəbərləri, həmçinin canlı yayımlar təqdim olunur.

FED.AZ biznes-maliyyə portalı ixtisaslaşmış biznes saytı olduğu üçün strateji məqsədimiz bank sədrlərinə, şirkət rəhbərlərinə, iri biznes sahiblərinə və iş adamlarına faydalı informasiyaları düzgün və peşəkar qaydada çatdırmaqdır.

Hazırda FED.AZ ölkənin ən çox oxunan iqtisadi-maliyyə yönümlü ixtisaslaşmış xəbər saytlarından biridir.

Yeddi illik fəaliyyətimiz dövründə Fərqli, Enerjili və Dinamik düşündük. Növbəti il üçün fəaliyyətimiz yeniliklərlə dolu daha maraqlı və daha məhsuldar olacaq.

Yenicag.az olaraq peşəkar komandamın hər bir üzvünə uğurlar diləyirik.

Избранный
13
1
yenicag.az

2Источники