"Barselona" və "Real"ın əfsanələri arasında yoldaşlıq oyunu keçirilib.
İdman.biz xəbər verir ki, matç Andreas İnyestanın futbolla vidalaşması münasibətilə Tokioda təşkil olunub.
Oyun "Barselona"nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Andreasa "Real"ın 8 nömrəli forması hədiyyə edilib.
Qeyd edək ki, İnyesta 2018-2023-cü ildə Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edib.
İdman.biz