Fransanın Liqa 1 klubu "Sent-Etyen" baş məşqçi Olivye Dalloqlio ilə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Sent-Etyen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni baş məşqçi təyin olunana qədər komanda müvəqqəti olaraq klubun təlim mərkəzinin direktoru Lauren Huarda tapşırılıb.
"Sent-Etyen" hazırda turnir cədvəlində 15 turdan sonra 13 xalla 16-cı pillədə qərarlaşıb.